İranda erkən nikahın qurbanı olan qadın öldürüldü
Dünya
İranın Xoy şəhərində Setare Musapur adlı qadın ərinin qardaşı tərəfindən öldürülüb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) məlumat verib.
Məlumata görə, erkən nikaha məcbur edilən qadın odlu silahla qətlə yetirilib.