Azərbaycan Ermənistan və Fransaya çağırış etdi - Bu cür addımlar qəbuledilməzdir
Siyasət
"Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir".
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də oxşar hadisənin dünən baş verdiyi Fransaya belə yolverilməz addımların qarşısının alınması ilə bağlı müraciət edib.