Murad Arifin izdihamlı konsertindən - VİDEO
    • 12-08-2018, 10:23
    • 939

Murad Arifin izdihamlı konsertindən - VİDEO

Bəstəkr-müğənni Murad Arif ötən gün açıq hava konserti ilə çıxış edib. 

Heydər Əliyev Mərkəzinin parkında baş tutan konsert havanın küləkli olmasın baxmayaraq izdihamla keçib. 

M.Arif növbəti uğuru haqda hisslərini belə dilə gətirib:

"Bu nağıl idi? Mən yuxu görürəm? Siz nə etdiniz?! Hər şeyin anlamı bir gecədə dəyişdi! Mən bu gün anladım... Siz məni oyatdınız... Havaya, küləyə rəğmən bu izdiham....

Yüzlərlə insan tək mənim üçün... Bütün mahnılarımı əzbərdən söyləyərək, 90 dəqiqə sürən coşqu və alqışlar,  ulduz kimi yanan telefon işıqları, şəkil çəkdirmək üçün izdiham, bu qədər sevgi.... 

Heç bir zəhmət yerdə qalmırmış. Heç nə əbəs deyilmiş. İlahi, Şükür! Hələ də inana bilmirəm... Bu nağıl idi?"

Teymur Məmmədov