"Qarabağ" -"APOEL" oyunu başladı - VİDEO
    • 13-08-2019, 20:36
    • 1 105

"Qarabağ" -"APOEL" oyunu başladı - VİDEO

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

News24.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edir.
Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.