-
- 14-08-2019, 16:42
- 913
Vəkil olmaq istəyənlər üçün test imtahanı olacaq
Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, sentyabrın 8-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Vəkillər Kollegiyasından News24.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcəkdir.
Əlavə olaraq bildirilir, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcəkdir.
Əlavə məlumar üçün +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.