Liftdə köməksiz qalan 6 nəfər xilas edildi

Liftdə köməksiz qalan 6 nəfər xilas edildi Hadisə


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.

FHN-dən verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.