"Üzeyir" şadlıq evində iki nəfər bıçaqlandı - VİDEO
    • 15-08-2019, 10:47
    • 1 690

"Üzeyir" şadlıq evində iki nəfər bıçaqlandı - VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

9-cu mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.
Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunublar.
Faktla bağlı araşdırma aparılır. /report/

Qeyd edək ki, məlumatda bıçaqlananın 4 nəfər olduğu bildirilsə də, Səhiyyə Nazirliyinin mətbuat xidməti Kliniki Tibbi Mərkəzə yalnız iki nəfərin müraciət etdiyini açıqlayıb.

***
19.47

Binəqədi rayonu, 9-cu mikrorayon da fəaliyyət göstərən "Üzeyir" şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  Təcili Tibbi Yardıma çağırış 22:47 -də daxil olub. 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi mərkəzə aparılıblar. Fakt araşdırılır.