Sabirabadda dəhşətli qəza - ÖLƏNLƏR VAR
    • 15-08-2019, 09:42
    • 715

Sabirabadda dəhşətli qəza - ÖLƏNLƏR VAR

Bu gün səhər saatlarında Sabirabadın Nərimankənd kəndi ərazisində ağır yol qəzası olub.

İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb.

Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.
Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /Report/