Atəşkəs rejimi 20 dəfə pozulub
    • 15-08-2019, 10:03
    • 670

Atəşkəs rejimi 20 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.