“Ağır romantik” GƏLİR  – FOTO
    • 15-08-2019, 16:50
    • 10 912

“Ağır romantik” GƏLİR – FOTO

Azərbaycanın iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filmi ilə bağlı yenilik var.

News24.az xəbər verir ki, rejissorluğunu Deniz Denizçilerin etdiyi, baş rollarını Onur Tuna və Tuvana Türkayın canlandırdığı ekran işinin posteri təqdim olunub.

Bir müddət öncə İstanbulun mərkəzində avtomobilin güllələnməsi xəbəri ilə gündəmə gələn “Ağır romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.  Dekabr ayında kinoteatrlarda yayımlanacaq ekran işinin Azərbaycan və Türkiyədə qala-gecəsinin təşkili nəzərdə tutulur.