Aysunun Moskvada başına iş gəldi

Aysunun Moskvada başına iş gəldi Şou

Müğənni Aysun İsmayılovanın başına iş gəlib.

News24.az xəbər verir ki, o, Moskvadan Bakıya qayıtmaqda çətinlik çəkib.

Buna səbəb isə bütün reyslərin ləğv edilməsi olub.

O yaşadığı narahatlığı belə dilə gətirib:

"Bu gün 12:10 təyyarəsi ilə Bakıya uçmalı idik. Lakin gecə müharibə şəraiti ilə bağlı bütün hava limanlarını bağladılar, reyslər dayandırıldı. Deyilənə görə, təyyarəmiz 17:10-da uçacaq. Hələ ki xəbər yoxdur. Gözləyirik. İnşallah sağ-salamat Vətənimə qayıdaram, övladıma qovuşaram. Həyəcan və qorxu ilə gözləyirik".(Bizim.Media)