Bu ərazilərdə qaz verilişi dayandırıldı - SİYAHI
    • 16-08-2019, 10:18
    • 694

Bu ərazilərdə qaz verilişi dayandırıldı - SİYAHI

Bu gün saat 09:00-dan etibarən işlər bitənədək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

“AZƏRİQAZ” İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.