Türkiyədə dəhşət: - Ölən var

Türkiyədə dəhşət: - Ölən var Hadisə

Türkiyədə Ənvər Yaman (70) adlı şəxs ilə Y.D (44) adlı şəxs arasında yaranan mübahisə davaya çevrilib.

News24.az xəbər verir ki, davada Y.D. əlində balta ilə Yamanı boynundan yaralayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Yamanı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, şüphəli şəxs jandarma qrupları tərəfindən nəzarətə alınıb.

Günel Məlikzadə