"Çılpaqlar" qırmızı xalçaya buraxılmayacaq
Şou
Kann Film Festivalının qonaqlarına “çılpaq” geyimdə görünmək qadağan edilib.
News24.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Qeyd olunur ki, son illər sözügedən tədbirdə ulduzlar açıq-saçıq obrazlar nümayiş etdirməklə, diqqəti daha çox cəlb ediblər. Mayın 13-də başlayacaq kinofestivalın təşkilatçıları bunun nəticəsində yeni geyim qaydaları tətbiq etməyə məcbur olduqlarını bildiriblər.
Bəyanatda deyilir: "Ədəblilik baxımından, qırmızı xalçada və ya festivalın hər hansı digər yerində çılpaq görünmək qadağandır. Qonaqların qarşılanması ilə məşğul olanların bu qaydalara əməl etməyən hər kəsin qırmızı xalçaya girişinə imkan verməmək huququ olacaq ".
\\\\Publika.az