Bakıda ayaqyolunda kişi cəsədi tapıldı
    • 12-05-2025, 15:48
    • 895

Bakıda ayaqyolunda kişi cəsədi tapıldı

Bakıda tikinti materialları mağazasından cəsəd tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov qəsəbədəki mağazanın sanitar qovşağına daxil olsa da, bir müddət oradan çıxmayıb. Mağaza işçiləri sanitar qovşaqda onun cəsədini aşkar ediblər.

İlkin ehtimala görə, V.Bəşirov ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparır.