Milyonçunun qızı HOVUZDA ÖLÜ TAPILDI
    • 16-08-2019, 15:02
    • 1 297

Milyonçunun qızı HOVUZDA ÖLÜ TAPILDI

Milyonçunun qızı hovuzda ölü tapılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Reyçel Kleçerin 18 yaşlı qızı Cozi İspaniyanın Malyorka adasında yerləşən evdə ölüb. 

Qonşuların verdiyi ifadəyə görə, səhər 07:00 radələrində evdən qışıqır səslərini eşitdiklərini və polisə məlumat verdiklərini açıqlayıblar. Hadisə yerinə gələn təcili yardım işçiləri milyonçunun qızını həyata qaytarmağa çalışsalar da bu alınmayıb. 

Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Reyçel Keleçer Böyük Britaniyada məşhur şirkətlərdən birinin sahibidir. Onun şirkətinin qoyməti 100 milyon funt strelinqlə ölçülür.