Türk əsgər - şəhid oldu

Türk əsgər - şəhid oldu Hadisə

Şimali İraqdan kədərli xəbər gəlib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Pençe-Kilit əməliyyatı bölgəsində xidmət edən piyada çavuş Məsud Karadağın ildırım vurması nəticəsində şəhid olduğunu açıqlayıb.

Bəyanatda deyilir: “Bizi dərindən kədərləndirən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.


Günel Məlikzadə