"Müvəqqəti müdafiə statusu" proqramı dayandırılır

"Müvəqqəti müdafiə statusu" proqramı dayandırılır Dünya

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem mühüm açıqlama verib. Bəyanatda əfqanlar administrasiyası tərəfindən həyata keçirilən müvəqqəti müdafiə statusunun bitirmək qərarına gəldiyini açıqlayıb.

News24.az xəbər verir ki, nazir Noem, "Əfqanıstandan təhlükəsizlik vəziyyəti yaxşılaşıb və burada indi iqtisadiyyat sabitləşib. Bu isə  insanların öz ölkələrinə qayıtmasına mane olmur", - deyə, bildirib.

ABŞ administrasiyasının bu qərarı ölkədə yaşayan təxminən 9 min əfqanın deportasiyasına gətirib çıxaracağını qeyd edib.

Müvəqqəti Mühafizə Vəziyyəti (TPS) proqramı, silahlı münaqişə, ekoloji fəlakət və ya geri dönüşü təhlükəli edən digər şəraitdə yaşayan ölkələrin vətəndaşlarına "müvəqqəti hüquqi status" və "i̇ş icazəsi" təklif edən humanitar proqram kimi həyata keçirilir.

Səma