Xaçmazda 11-ci sinif şagirdi faciəvi şəkildə öldü

Xaçmazda 11-ci sinif şagirdi faciəvi şəkildə öldü Hadisə

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində "Hunday" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məmməd oğlu Məcidovu vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.