Musson yağışlarından 774 nəfər öldü
    • 13-08-2018, 11:32
    • 932

Musson yağışlarından 774 nəfər öldü

Hindistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkənin yeddi ştatında musson yağışları  başlayandan bəri 774 nəfər ölüb.


News24.az-ın məlumatına görə, təbii fəlakət nəticəsində  250 nəfər yaralanıb, 30 nəfər itkin düşüb. 

Hazırda Hindistan ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, sahil mühafizəsi vətəndaşları xilas etmək üçün birgə əməliyyat keçirir.