Xaçmaz sakini cinsiyyət orqanından bıçaqlanıb
Hadisə
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov açıqlama verib:
“Mayın 14-də saat 23 radələrində Xaçmaz rayonunda 31 yaşlı S.Mahmudov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı 42 yaşlı M. Şixmuradova kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır”.
***
Xaçmaz rayonunun Fərzəlioba kəndində bıçaqlanma hadisəsi baş verib.
News24.az bildirir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, kənd sakini, 39 yaşlı Mübariz Zahid oğlu Şıxmuradovun boyun-boğaz orqanına bıçaqla xəsarət yetirilib. Eyni zamanda zərərçəkmişin cinsiyyət orqanı kəsilib. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona xəsarət yetirən şəxsin həmkəndlisi Səbuhi Mahmudov olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.