Kritik görüş - Jurnalistlər axın etdi - VİDEO

Kritik görüş - Jurnalistlər axın etdi - VİDEO Gündəm

Dolmabahçe sarayının binası Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, ətrafına silahlı əsgərlər yerləşdirilib. 

News24.az xəbər verir ki, içəridə mətbuata icazə verilmir. İstanbul və Ankaradakı bütün uçuşlar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Digər tərəfdən, AFP agentliyi yüksək səviyyəli rəsmiyə istinadən bildirir ki, Zelenski Rusiya ilə sülh danışıqlarında hansı addımları atacağına yalnız bu gün Moskva vaxtı ilə saat 13:00 radələrində Ankarada Ərdoğanla görüşündən sonra qərar verməyi planlaşdırır.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Starmerin təhlükəsizlik üzrə müşaviri Conatan Pauell və Fransanın xarici işlər naziri Jan-Noel Barrotun da Ukraynaya “məsləhət” vermək üçün Türkiyəyə uçduğu bildirilir.


Günel Məlikzadə