Şəhid Muxtar Məmmədovla vida mərasimi keçirildi

Şəhid Muxtar Məmmədovla vida mərasimi keçirildi Sosial

Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun meyitinin qalıqları Sədərək rayonuna gətirilib.

News24.az xəbər verir ki, şəhidin nəşi Şərurda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

\\\\report

Şəhid Muxtar Məmmədovla vida mərasimi keçirildi