Küçədə robot it gəzdirirdilər - VİDEO

Küçədə robot it gəzdirirdilər - VİDEO Dünya

İstanbulda mobil telefonla lentə alınan qeyri-adi görüntülər sosial mediada sürətlə yayılıb. Şəhərin izdihamlı məhəlləsində iki nəfərin gəzdirdiyi robot itlər ətrafdakı vətəndaşlarda böyük təəccüb və maraq doğurub. Kadrlar həm texnologiyanın vəziyyətini, həm də cəmiyyətin bu yeniliklərə ilk reaksiyalarını üzə çıxarıb.

News24.az xəbər verir ki, görüntülərdə insan ölçüsünə yaxın olan iki robot itin əsl ev heyvanları kimi iplə gəzdirilməsi əks olunub. Robotlar çox adaptiv hərəkətlərlə dörd ayaq üstə yeriyə, istiqaməti dəyişə və ətraf mühitə reaksiya verə bilirlər. 

Həmin anları təqdim edirik:

Günel Məlikzadə