Ata oğlunu ov tüfəngi ilə qətlə yetirdi

Ata oğlunu ov tüfəngi ilə qətlə yetirdi Hadisə

Ata oğlunu ov tüfəngi ilə qətlə yetirdiTürkiyənin Tekirdağ bölgəsində ailə münaqişəsi faciə ilə nəticələnib.

News24.az türk mediasına istinadən xəbər verir ki, ata-oğul arasında yaranan mübahisə zamanı ata ov tüfəngi ilə oğlunu güllələyərək öldürüb.

Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadası çağırılıb. Gəncin meyiti məhkəmə-tibbi ekspertiza üçün morqa aparılıb.

Qətli törədən ata polis tərəfindən həbs edilib. Faktla bağlı istintaq başladılıb./big