Davide atasına görə fikrini dəyişdirdi

Davide atasına görə fikrini dəyişdirdi İdman

Davide Ançelotti atası Karlo ilə çalışmağa davam edəcək.

News24.az xəbər verir ki, gənc mütəxəssis baş məşqçi olmaq arzusunu ertələyib. O, atası ilə birlikdə Braziliya yığmasında çalışacaq. Davide 2026-cı ildə keçiriləcək Dünya Çempionatının sonuna qədər burada işləyəcək.

Bu barədə jurnalist Alberto Pereyro məlumat yayıb.

Əlavə edək ki. Karlo Ançelotti mayın 26-dan etibarən Braziliya milli komandasının yeni baş məşqçisi olacaq. O, karyerasında ilk dəfə yığma çalışdıracaq.//offsideplus.az