-
- 17-08-2019, 12:57
- 868
Ədliyyə Nazirliyi işə qəbulla bağlı müsabiqə ELAN EDİR
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır.
News24.az xəbər verir ki, dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, layiqli dövlət qulluqçusu kimi formalaşmaları, bilik, bacarıq və potensialından səmərəli istifadə olunmaları istiqamətində məqsədyönlü işlər görülür. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 15 ildə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində mütəmadi keçirilən müsabiqələr əsasında 2300 nəfərə yaxın gənc qulluğa qəbul olunmuşdur və bu gün onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Bu sahədə görülən işlərin davamı olaraq Ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası nazirliyin bölgələrdəki yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir.
Bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən və göstərilən yerli qurumlarda işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.
Müsabiqədə iştirak etmək istəyənlərə əlverişli şərait yaradılaraq bu barədə müraciətləri “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə qəbul edilir. Müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal yerindəcə təqdim olunacaqdır.
Hüquqşünaslar müsabiqədə iştirak üçün cari ilin avqust ayının 20-dən etibarən Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) qeyd olunan elektron xidmətdən bəhrələnməklə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizədmüsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər.
Ərizələr poçtla, həmçinin regional ədliyyə idarələri vasitəsilə də təqdim oluna bilər.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək, eyni zamanda bu sənədlər regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunacaqdır.
Bildirilir ki, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə ənənəvi olaraq Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaqdır.
Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcəkdir.
Bütün suallarla bağlı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə operativ informasiya almaq olar.