Bakıda magistral yolda avtomobil yanır, tıxac var - FOTOLAR
    • 17-08-2019, 15:46
    • 959

Bakıda magistral yolda avtomobil yanır, tıxac var - FOTOLAR

Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


****
14:47


Bakıda avtomobil yolda yanıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib.

Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.