Manafın övladlarının biznesi varmış...

Manafın övladlarının biznesi varmış... Şou

Müğənni Manaf Ağayev maraqlı etiraf edib. 

News24.az xəbər verir ki, o, övladlarının biznesindən danışıb.

Sənətçi bu sözlərlə onların bizneslərini təsdiqləyərək detalları açıqlayıb:

"Oğlumun maşın biznesi var. Amma antik maşınları var. Onu kimsə istəyəndə ödənişli və ya tanışlıqla verir. Hətta Zamiq Hüseynov, Şəbnəm Tovuzlu klipində istifadə edib. Bəzən bəy-gəlin maşını kimi də istəyirlər. Qızımın da xonça düzəldilməsi ilə bağlı biznesi var".