Güclü fırtına - 3 ölü, çox sayda yaralı var
    • 19-05-2025, 12:39
    • 232

Güclü fırtına - 3 ölü, çox sayda yaralı var

Ağacların və reklam lövhələrinin aşması nəticəsində Pakistanın Hayber Paxtunxva əyalətində baş verən fırtına 3 nəfərin ölümünə, 13 nəfərin isə yaralanmasına səbəb olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin müxtəlif bölgələrində təsirli olan şiddətli fırtına İslamabadın bəzi hissələrini də əhatə edib.

 Fırtına səbəbilə şəhərin bir çox bölgəsinə elektrik verilməsi mümkün olmayıb, həmçinin dolu yağışı nəticəsində avtomobillərə və günəş panellərinə zərər dəyib.

Teymur Məmmədov