Ayılar sədrin evini - DAĞITDILAR - VİDEO
Maraqlı
Trabzonda qış yuxusundan oyanan və ac qalan ayılar Bələdiyyə sədri Hüseyn Avni Coşqun Çebinin dağlıq evinə girib.
News24.az xəbər verir ki, sədrin 1800 metr yüksəklikdəki dağlıq evinə girən ayılar pəncələri və dişləri ilə qapı-pəncərələri dağıdıb, içindəki əşyaları parçalayıblar.
Pəncərədən evə daxil olan ayılar xüsusilə mətbəx sahəsindəki bütün hissələri sındıraraq evə maddi ziyan vurublar.
Həmin anları təqdim edirik:
Günel Məlikzadə