Bütün ölkə onlara gülür- cinayətkar yaxalayarkən RƏZİL OLDULAR -VİDEO
    • 17-08-2019, 14:00
    • 704

Bütün ölkə onlara gülür- cinayətkar yaxalayarkən RƏZİL OLDULAR -VİDEO

Rusiya  Xüsusi Təyinatlı Qüvvələrinin bir qrupu keçirdikləri son əməliyyatdan sonra hər kəsin məsxərəsinə çevrilib. 

News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, xüsusi təyinatlılar Moskvada bir çox cinayətlərdə təqsirli bilinən şəxsi ələ keçirmək üçün əməliyyat keçirib. 

Əməliyyat zamanı onlar cinayətkarın yaşadığı evin qapısını qırıb içəri girmək əvəzinə 2-ci mərtəbədəki mənzilə pəncərədən daxil olmağa çalışıblar. 
Amma bu təşəbbüsləri onları gülünc vəziyyətə salıb.
 
Öncə üç nəfərin tutduğu nərdivanla pəncərəyə qalxan xüsusi təyinatlı təpikləyərək onu açmağa çalışıb. Amma bunu bacarmayıb. İstənilən şəxsin bacaracağı işin öhdəsindən gələ bilməməsi bəs deyilmiş kimi, polis səndələyərək aşagıdakı həmkarlarının qucağına düşüb. Təkrar pəncərəyə qalxdıqda isə şüşəni sındırıb. Qapısının döyülmədiyi halda pəncərədən evinə giriliməsinə sakitcə tamaşa edən cinayətkar isə asayiş keşikçilərinin “ayıq-sayıqlığı” və “mürəkkəb əməliyyatı”na pəncərədən gülərək seyr edib. Daha sonra isə pəncərəni açmaqla onlara yardım edib.
Hadisəni kənardan izləyənlər videonu lentə alaraq xüsusi təyinatlıların “peşəkarlığına” doyunca gülüblər. Həmin video qısa müddətdə yaılaraq hər kəsin məsxərəsinə çevrilib.