Bu telefonların istifadə müddəti - BAŞA ÇATIR

Bu telefonların istifadə müddəti - BAŞA ÇATIR Gündəm

Çin mərkəzli texnologiya nəhəngi Xiaomi, artıq proqram yeniləməsi almayacaq telefon modellərinin siyahısını yeniləyib. 

News24.az xəbər verir ki, 2025-ci ilin iyun ayından etibarən Redmi və POCO markalarına aid olan 7 ağıllı telefon modeli üçün Android yeniləmələri sona çatacaq. 

Bu da o deməkdir ki, həmin telefonlar texniki cəhətdən işlək olsalar da, çox qısa müddət ərzində “keçmişə qarışacaq”.

Texnologiya xəbərləri saytı Gizmochinanın məlumatına görə, Xiaomi-nin EOL (“End-of-Life” – İstifadə Müddətinin Sonu) siyahısına əlavə edilən modellər bunlardır:

        Redmi Note 11T Pro

        Redmi Note 11T Pro+

        Redmi K50i

        POCO X4 GT

        POCO C40

        Redmi K40S

        POCO F4

Bu cihazlar 2025-ci ilin iyun ayından etibarən rəsmi proqram təminatı dəstəyi almayacaq.

YENİLƏMƏ DƏSTƏYİ NİYƏ VACİBDİR?

Bir cihazın yeniləmə siyahısından çıxarılması təkcə Android versiyasının yenilənməyəcəyi anlamına gəlmir, həm də:

        Təhlükəsizlik boşluqları aradan qaldırılmayacaq,

        Yeni tətbiqlərlə uyğunluq problemi yarana bilər,

        Sistem xətaları düzəldilməyəcək,

        Və ən əsası, cihazlar kiber hücumlara qarşı həssas olacaq.

Bu problemlər cihazın fiziki olaraq işləməsinə mane olmasa da, təhlükəsizlik baxımından ciddi risklər yaradır.

İSTİFADƏÇİLƏR NƏ ETMƏLİDİR?

Əgər bu modellərdən birini istifadə edirsinizsə, iyun 2025-dən etibarən:

        Cihazınızı ehtiyat nüsxələməyiniz,

        Məlumatlarınızı qorumağınız,

        Və imkan varsa, yeni bir telefona keçməyiniz tövsiyə olunur.

Bundan əlavə, Xiaomi-nin EOL siyahısına mütəmadi olaraq baxmaq hansı cihazların nə vaxt dəstəkdən çıxacağını öncədən bilmək baxımından faydalı ola bilər.

Məryəm İlhamqızı