Kabildə partlayış oldu, 40-dan çox insan öldü
    • 18-08-2019, 11:38
    • 783

Kabildə partlayış oldu, 40-dan çox insan öldü

Əfqanıstanın paytaxtı Kabıldə keçirilən toy mərasimində partlayış nəticəsində 40-dan çox insan ölüb, təxminən 100 nəfər yaralanıb. Bu barədə “TOLOnews” agentliyi məlumat yayıb.
News24.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şahidlərin söylədiklərinə görə, faciənin baş verdiyi yerdə onlarca insan cəsədi olub.
Daha əvvəl “France Presse” agentliyi 20 nəfərin yaralandığını bildirmişdi.