Keçmiş ərini ayağından vurdu
Dünya
Türkiyədə 4 ay əvvəl ərindən boşanan Sezen S. və Emirhan N. küçədə rastlaşıblar və aralarında mübahisə yaranıb.
News24.az xəbər verir ki, mübahisə zamanı Sezen S.-nin çantasından çıxardığı silahla keçmiş ərini ayağından yaralayıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sövq edilən tibbi briqadanın müdaxiləsi nəticəsində Emirhan N. təcili yardımla xəstəxanaya aparılıb. Sezen S. isə tutularaq nəzarətə alınıb.
Günel Məlikzadə