1500 nəfər işsiz qalacaq

1500 nəfər işsiz qalacaq Dünya

ABŞ-ın pərakəndə satış nəhəngi "Walmart" təxminən 1500 nəfəri işdən çıxarmağı planlaşdırır.

News24.az xəbər verir ki, şirkətin planı qlobal texnoloji əməliyyatlardakı komandalara, ABŞ mağazalarında e-ticarətin yerinə yetirilməsinə və "Walmart Connect" reklam biznesinə təsir edəcək.

Şirkət həmçinin plana uyğun olaraq bəzi vəzifələri ləğv edəcək və yenilərini yaradacaq.

Onu da qeyd edək ki, "Walmart" təxminən 1,6 milyon işçisi ilə ABŞ-da ən böyük özəl işəgötürəndir. Veb saytına görə, dünyada təxminən 2,1 milyon insan çalışır.

Günel Məlikzadə

1500 nəfər işsiz qalacaq