Səfirlik əməkdaşları öldürüldü: - Trampdan ilk açıqlama
Gündəm
Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı hücumda İsrailin Vaşinqtondakı səfirliyində işləyən iki nəfər həlak olub. Şüphəli şəxs isə saxlanılıb.
News24.az-ın məlumatına görə, hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial media platformasında paylaşım edib:
“DC-də açıq-aşkar antisemitizmə əsaslanan bu dəhşətli qətllər indi bitməlidir”.
Həyatını itirənlərin ailələrinə başsağlığı verən Tramp, “ABŞ-də nifrət və fundamentalizmin yeri yoxdur... Belə şeylərin baş verməsi çox üzücüdür” deyib.
Günel Məlikzadə