Riki Martin: "Türk qaynatamı, erməni qaynanamı çox sevirəm" - FOTO
    • 13-08-2018, 13:30
    • 1 396

Riki Martin: "Türk qaynatamı, erməni qaynanamı çox sevirəm" - FOTO

Məşhur amerikalı müğənni, əslən Puerto-Rikodan olan Riki Martin əri Civan Yusiflə birlikdə İtaliyanın Sardiniya adasında istirahət edir.

 46 yaşlı müğənni və onun rəsmi nikahda olduğu əri, plastik rəssam, 36 yaşlı Civan Yusiv icarəyə götürdükləri yaxtada ada sahillərini dolaşıblar.

Yaxtada onların dostları və rəfiqələri də vardı.

Suriyanın Ras əl Ayn şəhərində doğulmuş Civan Yusifin atası türk, anası ermənidir. Sonradan ailə İsveçə mühacirət edib.
C.Yusif Londondakı "The Bomb Factory Art Foundation" studiyasının banisi və sahibidir.

O, Riki Martində 2016-cı ildə nişanlanıb, bu ilin yanvarında evlənib.

Riki Martin Sardiniya istirahətindən fotoları İnstagram-da paylaşaraq yazıb: "Ərimi, türk qaynatamı və erməni qaynanamı çox sevirəm".

//Milli.az