Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı

Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı Sosial

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

News24.az Milli.Az-a istinadla bildirir ki, tıxacda dayanan avtomobilə "Dayanma durma" cəriməsi gəlib. Bu barədə sürücü iradını sosial şəbəkə vasitəsi ilə bildirib.

Sürücüyə 346.4 maddəsi ilə ( Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə ) 80 manat, 2 bal cərimə yazılıb.



Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı