-
- 19-08-2019, 13:06
- 2 357
Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir
Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb.
Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.
2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,0 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli qanuna əsasən, 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.