Dənizdən 40 kilo qum oğurlayanlara 6 İLLİK HƏBS CƏZASI
    • 19-08-2019, 13:16
    • 930

Dənizdən 40 kilo qum oğurlayanlara 6 İLLİK HƏBS CƏZASI

Dənizdən 40 kilo qum oğurlayanlar 6 il müddətinə həbs oluna bilər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı turistlərin həbs olunmasına səbəb isə italiyanın Sardiniya adasında sahil qumunun ölkənin təbii sərvəti sayılmasıdır. 

Turistlər ölkəni tərk edərkən gömrük işçiləri onların baqajında 14 plastik qaba doldurulmuş 40 kilo qum aşkarlayıb. 

Cinayət törətməkdə şübhəli bilinən şəxslər etdikləri əməlin qanunıa qadağan edildiyindən xəbərsiz olduqlarını bildiriblər.