Ayan onları "bazar müğənnisi" adlandırdı

Ayan onları "bazar müğənnisi" adlandırdı Şou


Müğənni Ayan Babakişiyeva "bayağı" ifaçıları tənqid edib.

News24.az xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində onları "bazar ifaçısı" adlandırıb:

"Onlar olduğu toy, tədbir və konsertlərdə düşünürlər ki, ulduzdular. Çünki olduqları yer elə yerdir ki, ora tanınmayan insan çıxıb mikrofonu götürsə, hamı alqışlayacaq. Gördüyüm budur: haradasa bazar açılışıdır və onlar oradadır. Hamı da qışqırır. Orada onsuz ucuzluq var, hamı endirimə gəlib.

Onlar düşünürlər ki, açılışa gəliblər. Yox, onlar bazarın içindədirlər". (axsam.az)