
-
- 23-05-2025, 08:03
- 3 355
5,9 bal gücündə ZƏLZƏLƏ OLDU - Bu ölkədə...
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasındakı Palembang şəhərindən 300 km cənub-qərbdə olub. Seysmik hadisənin mənbəyi 55 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.