-
- 13-08-2018, 13:45
- 917
Xəzərin statusu bizə və digər Xəzəryanı dövlətlərə nə qazandırır?
Dünən Xəzərin statusunun müəyyən edilməsi üzrə yekun sazişin imzalanması Böyük Britaniya KİV-lərində müzakirə mövzusu olub.
"The Financial Times" bu müqaviləni aşağıdakı kimi dəyərləndirib: Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan avqustun 12-də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında körpü olan regiona nəzarət etmək məqsədilə saziş imzalayıblar. Dünyanın ən böyük gölü ətrafındakı uzun müddət davam edən mübahisələrə son qoyulması Rusiyanın bölgə üzərindəki nəzarətinin artmasına yardım edir".
"The Guardian" qəzeti isə Xəzər dənizinin hüquqi statusu haqqında sənədin ABŞ sanksiyalarından sonra İran üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Diplomatlar bu sənədi regional konstitusiya adlandırırlar. Bu, çox mürəkkəb diplomatik zəfərin nəticəsi oldu".
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun fikrinə görə, bu sənəd Xəzər dənizinə çıxışı olan dövlətlər üçün çox əhəmiyyətlidir: “20 ildən artıqdır ki, bununla bağlı müzakirələr aparılırdı. Burada əsas diqqətçəkən məqamlardan biri təhlükəsizliyin təmin edilməsidir. Bu region digər dövlətlərin də marağında olduğu üçün belə sənədə ehtiyac var idi. Bu Konvensiya müəyyən etdi ki, Xəzər dənizinin təhlükəsizliyi məsələsini 5 dövlət müəyyən edəcək. Bu Konvensiya Azərbaycan üçün də çox önəmlidir. Ölkəmiz logistika mərkəzinə çevirilir. Yəni Şimaldan Cənuba, Qərbdən Şərqə gedən yollar Azərbaycandan keçir. Xəzər dənizi də burada çox böyük rola malikdir. Bu Konvensiya Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biri olacaq. Ümumiyyətlə, bu sənəd 5 dövlət üçün çox önəm daşıyır”.
Bir sıra mütəxəssilərin fikrinə görə, ən çox qazanan Tərəf Rusiyadır. Xəzər konvensiyasında Rusiyanın 3 əsas qazancı:
1.Bütün sularda hərbi donanması məhdudiyyətsiz hərəkət edəcək
2.Xəzər həm dəniz, həm göl statsunu itirir, bir növ Rusiyanın daxili su hövzəsinə çevrilir
3.Sahilyanı ölkələr kənar heç bir ölkəni dənizə buraxmayacaqlarına dair öhdəlik götürürlər.
News24.az