Türkiyə qoşunları Suriyaya girdi - SON DƏQİQƏ
    • 19-08-2019, 13:43
    • 1 509

Türkiyə qoşunları Suriyaya girdi - SON DƏQİQƏ

Türkiyə ordusu Suriyaya daxil olub. 

News24.az xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyə ordusuna məxsus zirehli texnika Suriyanın Saraqib şəhərindən keçərək Xan-Şeyxuna şəhərinin İdlib bölgəsinə istiqamətlənib. Məlumatda həmçinin Türkiyənin Suriya sərhədini pozduğu da qeyd edilib. 

Qeyd edək ki, hazırda Suriya ordusu İdlib bölgəsində nəzarəti ələ keçirmək üçün döyüş aparır.