Bərdədə AĞIR QƏZA – - Tələbəni maşın VURDU

Bərdədə AĞIR QƏZA – - Tələbəni maşın VURDU Hadisə

Bərdə də piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki,  Bərdə şəhəri ərazisində yolu keçmək istəyən Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, Anar Balakiliyevi minik maşını vurub. 

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.