Dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var
    • 24-05-2025, 00:36
    • 600

Dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var


Türkiyənin Ərzurum şəhərindəki asfalt istehsalı müəssisəsində partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

"Hadisənin səbəbi və səhlənkarlığın olub-olmaması araşdırmalardan sonra dəqiq məlum olacaq", - deyə Ərzurum valisi Mustafa Çiftçi bildirib./publika