Sabah azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür

Sabah azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür Gündəm

Sabah ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşəcək.

News24.az xəbər verir ki, bunu Teleqraf -a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, mayın 25-də 4 qrup olmaqla 180 nəfər yola düşəcək.

Hər zəvvar qrupunda 45 nəfər olacaq. Zəvvarları aparan təyyarə saat 11:00-da havaya qalxacaq.

Reyslər hər gün 1 təyyarə, yalnız mayın səhər saat 11:00-da və axşam saat 17:55-də 29-da 2 təyyarə olmaqla davam edəcək.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.