Gündəlik kirayədə qalmaqal - "Rozetka"dan kamera tapıldı
Hadisə
Dənizlidə bir mənzildə elektrik yuvalarından (rozetka) gizli kamera tapılıb.
News24.az xəbər verir ki, evinin aşağı mərtəbəsini 3 mənzilə bölən ev sahibi M.F. gündəlik olaraq mənzilləri kirayə verirmiş.
Otaqlardan birini icarəyə götürən müştərini divardakı üçlü elektrik yuvasının içərisində yanan işıq görüb.
Vəziyyətdən şübhələnən kirayəçi otaqdakı çarpayıya görünəcək şəkildə yerləşdirilmiş üç tərəfli elektrik yuvasını açıb.
Elektrik yuvasının içərisində gizlədilmiş kameranı və ona qoşulmuş yaddaş kartını tapan kirayəçi otaqdakı ikinci üçlü elektrik yuvasını da açarkən oxşar mənzərə ilə qarşılaşıb.
Kirayəçinin vəziyyəti bildirməsindən sonra evə polis qrupları sövq edilib.
Polis qrupları tərəfindən saxlanılan M. F. həbsxanaya göndərilib.
Günel Məlikzadə