Sumqayıt avtobusunda DAVA - VİDEO

Sumqayıt avtobusunda DAVA - VİDEO Hadisə

Sumqayıtın şəhəriçi avtobusunda növbəti insident yaşanıb.

Hadisə 10A nömrəli marşrut xəttində qeydə alınıb. 

News24.az Sumqayit24.az-a istinadla xəbər verir ki, bu dəfə iki sərnişin arasında söz mübahisəsi baş verib. Şahidlərin sözlərinə görə, qadın ona yanında yer verərkən, bilmədən qolu ilə toxunan kişini söyüş yağışına tutub.

“Təhqirlərə rəğmən həmin kişi və digər sərnişinlər təmkinli davransalar da, qadın avtobusdan düşənədək mübahisəni davam etdirib”, – deyə şahidlər bildiriblər.